Özümüz haqda çox danışmağı sevmirik.

Biz kimik?

2022-ci ildən etibarən təcrübəli və yaradıcı komandamızla sürətli və innovativ rəqəmsal həllər təklif edir, fərqli sahələr üzrə biznes modelləri üçün yeni imkanlar yaradırıq. Bu illər ərzində peşəkarlığımız və işimizlə həm Azərbaycanda, həm də ölkə xaricində bizi seçənlərin etibarını qazanmışıq. Əsas ixtisaslaşma sahələrimiz veb və mobil proqramlaşdırmadır.

Prinsiplərimiz

Hər bir layihəmizə start verərkən əsas məqsədimiz elə bir iş ortaya çıxarmaqdır ki, istifadəçilər üçün əlçatan, funksional və rahat, eyni zamanda sifarişçilər üçün isə effektiv, səmərəli və davamlı həll yoluna çevrilsin. Məsuliyyət və dəqiqlik tələb edən işimizdə hər bir layihəyə cəlb olunan komandamız bütün lazımi resurslarla təmin olunur. Prinsiplərimizə olan sadiqliyimiz hər zaman daha yaxşısını etməyə imkan verir.

Nə edirik?
  • Veb-sayt tərtibatı
  • E-kommersiya layihələri
  • UI/UX dizayn
  • SEO xidməti
  • Veb kontent
  • Mobil tətbiqlər
  • Korporativ e-mail
  • Texniki dəstək
  • Konsaltinq

Bizi seçmələri təsadüfi deyil.

İş ardıcıllığı

Bir layihənin hazırlanmasını bu ardıcıllıqla həyata keçiririk.

  • 1. Müştəri istəklərinin qeydə alınması
  • 2. Texniki tapşırığın hazırlanması
  • 3. Dizayn tərtibatı
  • 4. Kodlaşdırma mərhələsi
  • 5. Məzmunun yazılması
  • 6. Layihənin test edilməsi
  • 7. Təqdimat və yayımlanma