Sayt hazırlanması

Veb-saytınızı yaddaşlara həkk etmək üçün rəqəmsal dünyanın əsas daşları olan müasir veb dünyasının tempini tutan kodlarla inşa edirik.

Gəlin onlayn varlığınızı yaradaq.

Veb-sayt xarici görünüşdür, yəni veb-saytın funksional istifadəsi üçün istifadəçini qarşılayan görünüşdür. İstifadəçi bu görünüşü yaradan interfeys sayəsində veb-saytın funksional cəhətindən faydalanmağa başlayır. Odur ki, peşəkar veb dizayn görünüş baxımından şirkətinizin korporativ imicini əks etdirməli və hədəf auditoriyanıza uyğun istifadəçi təcrübəsinə uyğun olmalıdır.



Yenilikçi və orijinal üslubumuzla Azərbaycanın qabaqcıl proqramlaşdırma agentliklərindən biri olaraq müştərilərimizə keyfiyyətli və etibarlı iş təqdim etmək məsuliyyəti ilə Sayt hazirlanmasi xidmətini həyata keçiririk. Brendinizi effektiv və aydın şəkildə əks etdirə bilən, bütün cihazlarda ən yaxşı görünə bilən, axtarış motorları və istifadəçi təcrübəsi üçün optimallaşdırılmış veb-sayt hazirlanmasi xidmətini təqdim etməkdən məmnunuq.

Sayt hazırlanmasında niyə məhz biz?

Məzmun İdarəetmə Sistemi

Saytdakı bütün məzmunları bütün dillərdə tam idarə edə biləcəyiniz admin panel təqdim edirik.

Təmiz və peşəkar veb dizayn

Müştərilərinizin asanlıqla istifadə edə bilməsi üçün veb-saytınızı istifadəçi təcrübəsinə uyğun dizayn edirik.

Pulsuz Dəstək və Yeniləmə

Bizdən aldığınız istənilən xidmət zamanı biz sizinləyik. İstənilən vaxt dəstək ala bilməniz üçün biz 24/7 buradayıq.

SEO-ya uyğun məzmun

SEO işi ilə veb-saytınızı axtarış motorları üçün optimallaşdırırıq. Beləliklə, müəyyən açar sözlər axtarıldıqda veb-saytınız axtarış nəticələrində yuxarı sıralarda yer alır.

Ən çox verilən suallar

Veb-sayt internet brauzerləri tərəfindən baxıla bilən, markanızın etibarlılığını artırmaq, ziyarətçilərinizin tələblərinə cavab vermək və lazımsız və çaşdırıcı dizayn elementləri olmadan müştərilərinizə bilmək istədiklərini tez və aydın şəkildə çatdırmaq üçün xüsusi vasitədir.

Müştəridən gələn brifinqlərə uyğun olaraq dizayn hazırlanır. Yaradılan dizayn sifarişçinin təsdiqinə göndərilir, əgər irad və təkliflər olarsa, son toxunuşlar edilir və iş kodlaşdırma komandasına çatdırılır. Dizayn kodlaşdırma komandamız tərəfindən ən son trend kodlaşdırma infrastrukturu ilə google dostu, SEO uyğunluğu və sürətli açılış vaxtına əhəmiyyət verərək kodlanır. Nəhayət, sayttın funksionallığı müştəriyə demo keçiddə göstərilir və təsdiq edildikdən sonra sayt domen adında dərc olunur.

Biz aşağı büdcəli müştərilərimizə hazır dizaynlardan (Şablonlardan) tövsiyyə edirik. Fərdi veb dizayn yalnız həmin marka və ya məhsul üçün nəzərdə tutulmuş və müştərilərin məqsədlərini, istəklərini, məhsul və ya xidmətlərini göstərmək üçün lazım olan infrastrukturun SEO-ya uyğun, sürətli performans dəyərlərinə əsasən kodlaşdırılan veb dizayn növüdür.Fərdi veb dizayn hazır veb dizayndan daha çox üstünlüklərə malikdir.

Dinamik və daimi yenilənmələr tələb edən veb-sayta ehtiyacınız varsa, biz sizin veb-saytınızı xüsusi proqram təminatı ilə hazırlanmış idarəetmə paneli ilə inteqrasiya edirik. Bu sayədə kod bilgisinə ehtiyac duymadan veb-saytınızda istədiyiniz bölməni yeniləyə və yeni səhifələr və ya məhsullar əlavə edə bilərsiniz.

Biz ilk növbədə müştərinin məqsədlərini, arzularını və ehtiyaclarını dinləyirik. Bu istiqamətdə veb layihənin növü, statik və ya dinamik olması müəyyən edilir və hazırlanmış texniki tapşırıq əsasında veb-saytın hansı təhvil müddət təyin olunur və qiymət təklifi göndərilir.

Statik veb-sayt, müştərinin istəklərinə uyğun olaraq məhsul və ya xidmətin təqdim edildiyi HTML infrastrukturu ilə kodlaşdırılan bir quruluşdur. Sonradan yeniləmək istəyən şəxsin kod məlumatı yoxdursa, aldığı internet saytını yeniləyə bilməz. Dinamik veb-sayt, məhsul və ya xidmətin nümayiş olunduğu, istənilən vaxt kod məlumatı olmadıqda belə, yenilənə, silə və ya əlavə edə biləcəyi idarəetmə paneli olan bir quruluşdur.

Veb-saytınızı müasir smartfonlarda üçün kiçik ekranlarda belə istədiyiniz hər şeyin rahatlıqla tapıla biləcəyi oxunaqlı bir platforma edə və daha çox istifadəçiyə aça bilərsiniz. Brendinizin və ya xidmətinizin keyfiyyətini və etibarlılığını daha yaxşı nümayiş etdirə bilərsiniz.